Cəfərli Asim:Füzuli döyüşlərində tarix yazan igid
27.10.2022 il tarixdə 44 günlük Qarabağ döyüşlərində qəhrəmancasına canından keçən məktəbimizin məzunu Cəfərov Asim Çingiz oğlunun şəhadətə ucalmasından iki il keçir. Hörmətlə anırıq.
Cəfərli Asim Çingiz oğlu 04.09.2001-ci ildə Bərdə şəhər Piyadalar kəndində doğulub.
Əsgər Cəfərli Asim Çingiz oğlu sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində Füzuli rayonunda gedən döyüşlərdə iştirak edib və elə orada şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Cəfərli Asim Çingiz oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!






