Sosial 

Uğurla Aylin liderdir

Rəsmi hesabata görə, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda doğulan 1471 qıza Zəhra adı qoyulub.

ARANTV.AZ  Ədliyyə Nazirliyinə istinadla bildirir ki, 1211 uşaq Aylin, 1188 uşaq Zeynəb adı alıb.

Qalan populyar qız adları belə sıralanır:

Məryəm – 1187 uşaq

Fatimə – 1024

Nilay – 990

Mələk – 963

Ayla – 801

İnci – 799

Nuray – 772.

Ən çox qoyulan oğlan adları içində Uğur birincidir. On ayda bu ad 1606 oğlana verilib.

Əli adı 1503, Hüseyn adı 1414 uşağa məsləhət görülüb.

Populyar adların ilk onluğunda bu adlar da yer alır:

Yusif – 1327 uşaq

Məhəmməd – 1016

Ömər, Raul – 880

Murad – 829

Adəm – 680

Tunar – 655.

Daha çox xəbərlər