Region Xəbərləri Təhsil 

Bərdə rayonunda “Valideyn dəstəyi ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması” layihəsinin “Şagirdlərlə ünsiyyət “adli təlimi baş tutdu.

Layihənin açılış mərasimi Bərdə rayon Uğurbəyli kənd tam orta məktəbində baş tutub.
Layihədə təlimçi olaraq iştirak etdim ,mövzumuz “Şagirdlərlə ünsiyyət”idi.
Layihə rəhbəri Aytac Əhmədova, məktəb rəhbərliyi, müəllimlər və psixoloqlar təlimdə iştirak etdi.
Mərasimdə layihə rəhbəri A. Əhmədova çıxış edərək layihənin icrası barədə geniş məlumat verdi.
Həmçinin qonaqlarda çıxış edərək layihənin gedişatına uğurlar arzulayıb.
Qeyd edək ki, layihənin məqsədi valideynin məktəblə əməkdaşlığı və bu əməkdaşlığı gücləndirmək, valideyn şurasının əhəmiyyətini diqqətə çatdırmağdır.
Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində qalib olub.

Daha çox xəbərlər