Region Xəbərləri Təhsil 

Bərdədə Peşə təmayüllü siniflərin təşkili layihəsinin şagirdləri arasında görüş keçirilmişdir.

26 oktyabr 2022-ci il tarixdə S.Behbudov adına şəhər 6 saylı tam orta məktəbdə Gənclər və İdman İdarəsinin kollektivi ilə Peşə təmayüllü siniflərin təşkili layihəsinin şagirdləri arasında görüş keçirilmişdir.
Görüşdə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi müavini Aydın Qasımov tədbir iştirakçıları ilə geniş söhbət apardı. A.Qasımov rayon Gənclər və İdman İdarəsinin əməkdaşlıq çərçivəsində həyata keçiriləcək tədbirlərdən danışdı.
Peşə təmayüllü siniflərin təşkili layihəsinin qrup rəhbəri Fidan Vəliyeva çıxış edərək layihənin yaranması və məqsədi barədə söz açdı.
Görüş Peşə təmayüllü siniflərin təşkili layihəsinin qənnadçı qrupunun şagirdlərin hazırladığı çay süfrəsi arxasında söhbətlə davam etdirildi.
Söhbət zamanı gəncləri maraqlandıran suallara cavablandırıldı.

Daha çox xəbərlər