MDB Hökumət Başçıları Şurasının növbəti iclasının məkanı və tarixi AÇIQLANDI – YENİLƏNİB + VİDEO
MDB hökumət başçılarının növbəti iclası 2023-cü il iyunun 2-də Bişkekdə (Qırğızıstan) keçiriləcək.
Bu barədə MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev bildirib.
“Qırğızıstan Respublikasının təklifi ilə MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2023-cü il iyunun 2-də Bişkekdə keçirilməsi qərara alınıb”, – Lebedev bildirib.
10:14
Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Hökumət Başçıları Şurasının iclası başlayıb.
Məlumata görə, baş nazirlər 10-dan çox məsələni müzakirə etməlidirlər.
Görüşdən əvvəl iştirakçılar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüblər.
İclas dar və geniş tərkibdə keçiriləcək, ondan sonra sənədlərin imzalanması planlaşdırılır.
Tədbirdə Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.
Xatırladaq ki, hazırda MDB-yə Qazaxıstan sədrlik edir. 2023-cü ildən isə sədrlik Qırğızıstan Respublikasına keçəcək, Qazaxıstan və Rusiya həmsədr olacaqlar.

