Parklarımızda bitən “meymun alması”nı yığın – FAYDASI VAR – FOTO-VİDEO
Bir çox xəstəliklərin dərmanı apteklərdə yox, elə əlimizin altındadır. Məsələn “meymun alması” və ya “Adəm alması” adlanan maklüra (maclura).
ARANTV.AZ xəbər verir ki, bu bitki barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün “İnstagram” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, maklüraya adi parklarımızda da rast gəlmək olar.
Həkim qeyd edib ki, əzələ və oynaq ağrılarında, eləcə də əzilmələr və sıyrıntılar zamanı bu meyvənin cövhərindən və ya yağda qarışımından istifadə edilir.
Dr. Eldaroğlu cövhərin hazırlanması qaydasını da izləyiciləri ilə bölüşüb.
RESEPT
Bunun üçün sizə 2-3 ədəd meymun alması kifayətdir.
Meyvəni kub kimi doğrayıb, ətçəkən maşından keçirin. Bankaya yığıb, üzərinə çıxana qədər tibbi spirti əlavə edin. Qapağını bağlayıb, qaranlıq, sərin yerdə 10 gün saxlayın. 10 gündən sonra çövhəri süzün. Zədələnmiş və ağrıyan nahiyəyə gendə 2 dəfə çəkin.



