Bakı-Astara yolunda mikroavtobusun aşmasının səbəbi AÇIQLANDI – YENİLƏNİB + VİDEO
Bakı-Qazax yolunda mikroavtobusun aşmasına səbəb piyada olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə yolun 26-cı km-də olub.
Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib ki, 99-XX-256 dövlət nömrə nişanlı 164 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən mikroavtobusun qarşısına piyada çıxıb:
“Bu səbəbdən sürücü idarəetməni itirərək mikroavtobusu aşırıb. İlkin məlumata görə, hadisə nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.
14:09
Bakı-Ələt-Astara yolunda yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, qəza mikroavtobusun aşması nəticəsində baş verib.
Hadisə zamanı 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.
Qəza yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

