Dünya 

Cənubi Koreyada “Hellouin” bayramındakı faciə ilə bağlı matəm elan edilib – YENİLƏNİB + VİDEO

Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.

Seulun mərkəzindəki İtxevon küçəsində şənbə günü axşam saatlarında Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda azı 149 nəfər həlak olub, daha 76 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ölənlər arasında iki əcnəbi də var. Onların milliyyəti barədə məlumat verilmir.

Mənbə: Yonhap

23:18

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində “Hellouin” bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.

Bundan əvvəl 59 nəfərin öldüyü, azı 150 nəfərin yaralandığı bildirilirdi.

Faciə ilə əlaqədar Seul meri O Se Xun Avropaya gözlənilən səfərini ləğv edib.

23:03

Cənubi Koreyanın paytaxtı Seulda “Hellouin” (“Halloween”) bayramını qeyd etməyə toplaşanlar faciə yaşayıblar.

Belə ki, şənliyi meydanda davam etdirmək istəyən şəxslər konsert zalını tərk edərkən çıxışda izdiham yaşanıb.

Sıxlıq nəticəsində insanlar kütləvi şəkildə boğulmağa başlayıblar.

Son məlumata görə, insident nəticəsində 59 nəfərin ürəyi dayanıb və onlar həyatını itiriblər. 150 nəfərin tənəffüsündə problemlər yaranıb.

Hadisə yerinə onlarla təcili tibbi yardım xidmətinin briqadaları cəlb edilib.

Hələlik hadisənin digər təfərrüatları məlum deyil.

Mənbə:Baza

Daha çox xəbərlər