Gündəm 

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar açıqlandı – SİYAHI

Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər.

2022-ci ilin 9 ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur.

ARANTV.AZ  xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindən bildirilib.

Qeyd edilib ki, ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur.

Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin dislokasiyalarında yerləşir.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

Sıra № Ərazi İdarələri İpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 2220 28.0%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 1114 14.0%
3. 3 saylı Gəncə Ərazi İdarəsi

738 9.3%
4. 5 saylı Xaçmaz Ərazi İdarəsi 542 6.8%
5. 7 saylı Bərdə Ərazi İdarəsi 432 5.4%
6. 10 saylı Lənkəran Ərazi İdarəsi 334 4.2%
Ölkə üzrə 7931 100%

(Trend)

Daha çox xəbərlər