Sumqayıt şəhər Olimpiya Kompleksində özbaşınalıq
Olimpiya İdman Komplekslərində olimpiya idman növləri ödənişsiz olduğu halda Sumqayıt da vəziyyət əksinədir.
Belə ki, 30-50 manat civarında uşaqlardan məcburi ödəniş alınır. Heç bir qəbz də verilmir. Qazi ailələrinə isə 50 % endirim edilir.
Bir müddət idmanımız nazirsiz qaldı. Yeni nazir Fərid Qayıbovun gəlişindən sonra idman sahəsində islahatlar aparılacağına inam yarandı. O, idmanı bilən və idmanın havasını canına hopdurmuş bir insandır. Beynəlxalq və yerli səviyyədə onu tanıyırlar.
Əminik ki, Nazirimiz Sumqayıt şəhər Olimpiya Kompleksində sürən özbaşnalıqdan xəbəri yoxdur. Bilmiş olsaydı bu özbaznalığa son qoyardı.

