Hesablama Palatası peşə məktəblərində tələbə artımı ilə xərclər arasında uyğunsuzluq aşkarlayıb
2026-cı ilədək peşə təhsil müəssisələrinə qəbul olan tələbələrin sayının 11 min nəfər, yüksək peşə təhsili ilə əhatə edilmiş tələbələrin sayının 9200 nəfər artırılması nəzərdə tutulur.
ARANTV.AZ xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.
Rəydə qeyd edilib ki, bunların fonunda bu istiqamət üzrə xərclərin cəmi 4,7 % artırılması proqnozlaşdırılır. Hesablama Palatası xərclərin cəmi 4,7 % artırılmasının yetərli olmayacağı qənaətindədir.

