Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasında “SONBAHAR”partisi Video+fotolar
“Dövlətimiz hər zaman öz qayğısını uşaqlardan əsirgəmir. Körpələrin azad, firavan yaşaması üçün həmişə zəruri addımlar atılır. Uşaq məsumiyyət, saflıq və dürüstlükdür. Onlar səadətimizin açarı, sevincimizin ilk və ən məsum ünvanıdır.Üz-gözündən sadəlik, səmimilik, mehribanlıq, xoşbəxtlik yağan, Allahın ən ali yaradılışını necə sevməmək olar?
Bizim üçün əsas məqsəd ictimaiyyətin diqqətini uşaqların müharibə təhlükəsindən qorunmasına, sağlamlıqlarının mühafizəsinə, onların təhsil və tərbiyəsinin demokratik ənənələr əsasında qurulmasına yönəltməkdir.Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi sağlam, yararlı yetişdirmək isə bizim öz əlimizdədir. Hər şey isə uşaqlıqdan, lap elə körpəlikdən başlayır. Məhz , məktəbəqədər təhsildən”bu fikirləri bağçanın müdiri hər zaman yenilikləri və ilkləri ilə yadda qalan Leyla Məmmədova səsləndirdi.


