Gündəm 

Qələbə Prezidentin qətiyyəti, ordunun gücü və xalqın birliyi ilə qazanıldı

Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan möhtəşəm zəfərimizin 2-ci ildönümünü qeyd etmək ərəfəsindədir. Dövlətimiz işğalçı Ermənistan üzərində qazandığı bu parlaq qələbə sayəsində otuz ilə yazın bir müddətdə işğal altında qalan ərazilərimizi azad etməklə bərabər, xalqımızın qalib ruhunu, yenilməzliyini və öz torpaqlarını kimsəyə güzəştə getməmək əzmini bütün dünyaya nümayiş etdirdi.

Əldə olunan böyük Zəfər sadəcə, dövlətimizin ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı. Bu qələbə həm də Azərbaycanın beynəlxalq nüfuzunu maksimum həddə yüksəldərək, hərbi qüdrətinin və söz sahibliyi haqqının birbaşa təsdiqi kimi qəbul olundu. Bəli, dünya miqyasında bir çox ölkələr, beynəlxalq təşkilatlar, hətta bəzi dost çevrələr belə Azərbaycanın uzunmüddətli işğalla barışmaq məcburiyyətində olduğunu düşünür, “məğlub tərəf” qismində qəbuledilməz güzəştlərə getməyinin zəruriliyini açıq şəkildə, ya da eyhamlarla dilə gətirirdilər.

Ancaq dünyanın ən köklü toplumlarından biri olan xalqımız inanılmaz dərəcədə güclü təzyiqlər qarşısında geri çəkilmədi, hər zaman müqəddəs saydığı torpaqlarımızın düşmən tapdağında qalması ilə bir an da barışmadı və zamanı gələndə qəhrəman əsgərimizin şücaəti ilə onilliklər boyunca davam etmiş erməni işğalına son qoydu.

Əlbəttə, bu qələbə asanlıqla əldə edilmədi. Ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə 3 minə yaxın vətən övladı öz canından keçərək Ali şəhidlik məqamına ucaldı. Minlərlə soydaşımız bu müqəddəs vəzifənin icrası zamanı müxtəlif dərəcəli xəsarətlər alaraq qürurlu Qazi ünvanına yetişdi.

Əlbəttə, bu qələbənin qazanılmasında ən böyük amillərdən biri də müharinəbin ilk anından etibarən, xalqımızın yumruq kimi birləşməsi, düşmən qarşısındə öz vəhdətini möhkəmləndirməsi və hər kəsin öz işini vicdanla yerinə yetirməsi çox mühüm rol oynadı. Həqiqətən də, müharibə günlərində xalqımızın bütün fərdləri bir-birilərini tamamlayaraq çox müsbət örnək yaratdılar.

Əlamətdar haldır ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ən yeni texnologiyalara əsaslanan taktika tətbiq edərək, XIX əsrin hərb sənətində yeni mərhələyə keçid etdi. Təsadüfi deyil ki, bu taktikanın effektivliyi dünyanın aparıcı dövlətlərini Azərbaycanın təcrübəsini dərindən öyrənməyə və öz ordularında yaymağa sövq etdi.

Qazanılan qələbənin ən mühüm nəticələrindən biri də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edərək Cənubi Qafqazda yeni şəratin əsasını qoyması oldu. Əslində, müharibəyə qədər olan dövrdə də işğal faktının davam etməsinə baxmayaraq, Azərbaycan bölgədə aparıcı mövqeyini təmin etmişdi və bütün regional layihələrin həyata keçirilməsi məhz ölkəmizin iradəsindən asılı vəziyyətə düşmüşdü.

Müharibədən sonra yaranmış yeni şərait isə Azərbaycanın mövqelərini daha da gücləndirib. İndiki vəziyyətdə ölkəmizin qazandığı strateji üstünlük Azərbaycanın malik olduğu potensialdan tam və maksimum səmərəli istifadəsi üçün geniş imkanlar açıb.

Möhtəşəm Zəfərimizdən danışarkən, əlbəttə ki, bu qələbənin əsas memarı, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz fəaliyyətini qeyd etməmək mümkün deyil. Sözsüz ki, qələbəmizdə həlledici rol oynayan Güclü dövlət – Güclü ordu prinsipi Cənab Prezidentin hakimiyyətdə olduğu müddət ərzində gerçəkləşdirdiyi məqsədyönlü fəaliyyət nəticəsində reallaşıb və böyük Zəfərimiz üçün zəmin yaradıb.

Dövlət başçısı da öz çıxışlarında dəfələrlə bildirmişdi ki, böyük dövlətlər Azərbaycana fasiləsiz təzyiq göstərərək, ölkəmizi güzəştə getməyə vdara etmək istəyiblər. Amma bu basqılar cənab İlham Əliyevon sarsılmaz qətiyyəti sayəsində dəf olunub. Sözsüz ki, dövlət başçısının bu ardıcıl siyasəti xalqın əhvalına və mübarizliyinə də əhəmiyyətli təsir göstərib. Başqa sözlə, cənab Prezidentin mübarizliyi və xarici təzyiqlər qarşısında mərdliklə dik dayanması növbəti mərhələdə Azərbaycan əsgərinin düşməni sarsıdıcı məğlubiyyətə uğratmasını şərtləndirib.

Noyabrın 8-də Azərbaycan ikinci dəfə Zəfər Gününü qürur və sevinclə qeyd edəcək. Qələbəmizdən cəmi iki il keçməsinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə bərpa işləri çox sürətlə aparılır. Məcburi köçkünlərimizin öz yurdlarına qayıdışı üçün infrastrukturun bərpa edilməsi istiqamətində böyük işlər görülüb. Artıq Füzuli və Zəngilanda beynəlxalq hava limanları istifadəyə verilib. Xalqımız əmindir ki, Zəfər Gününün növbəti ildönümlərində işğaldan azad edilmiş ərazilər artıq məskunkaşdırılacaq və həmin bölgələrdə həyat yenidən qaynayacaq.

Zəfər Bayramımız Mübarək Olsun!.

Səbinə Novruzzadə,
YAP fəalı

Daha çox xəbərlər