Region Xəbərləri 

Qarabağ münaqişəsi artıq tarixdə qalıb

2022-ci il oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib. İkitərəfli görüşün əhəmiyyəti dövlət başçılarının ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaratmaqdır.
Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin əsasını təşkil edəcək sənədin imzalanması məsələsi müzakirə olunub.
Putin görüşün çox faydalı olduğunu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaratdığını bildirib.
“Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq. Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır.”
Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Azərbaycanın irəli sürdüyü 5 prinsip əsasında sülh müaviləsi bağlamaq haqda razılığa gəlinsə idi, Azərbaycan buna hazır idi: “Amma Putinlə görüş zamanı Prezident İlham Əliyev sərhəd qoydu. Bu, Qarabağ münaqişəsinin artıq həll edilib, tarixə qovuşması ilə bağlı idi. Dövlət başçısı bildirdi ki, ancaq və ancaq Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasından danışa bilərik”. Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.
Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyannamədə bölgədə davamlı və uzunmüddətli sülhün təmin edilməsi məqsədilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına fəal hazırlığın vacibliyi vurğulanıb.
Bəyannamədə qeyd olunub ki, İlham Əliyev və Nikol Paşinyan Rusiyanın Cənubi Qafqazda sabitliyin və rifahın bərqərar olmasına, münasibətlərin normallaşmasına töhfə verməyə hazır olmasından məmnundurlar.
Bəyanatda həmçinin qeyd olunub ki, Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduğunu tərəflər təsdiq edir. Qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılıq əldə olundu.
Soçi görüşünün yekun bəyanatı Azərbaycan Prezidentinin mövqeyinin orada əsas rol oynadığını göstərmişdir.
Lamiyə Nəcəfova- Bərdə rayon Heydər Əliyev Mərkəzinin mühəndisi

Daha çox xəbərlər