Ermənistan “sentyabr sindromu”ndan qurtulmaq üçün əbədi düşmənçiliyə son qoymalıdır
Qarabağın statusu barədə isə hər hansı müzakirəyə və əlavə fikirlərə ehtiyac yoxdur. Cənab Prezindent İlham Əliyev öz müsahibələrində dəfələrlə bu barədə qətiyyətli cümlələr işlədərək, bu məsələnin müzakirəyə bağlı olduğunu və Qarabağ münaqişəsinin bitdiyini bildirib : “Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”.
İki ölkə arasındakı hal hazırki vəziyyət keçmişə nəzərən daha normaldır. Şübhəsiz bu reallığı qəbul etmək Ermənistan tərəfi üçün ağrılıdır. Çünki 30 ildir görmək istəmədikləri gerçəklik, Azərbaycan ordusu tərəfindən onlara göstərildi və Azərbaycan torpaqlarının ayrılmaz olduğu nəinki düşmənə, həmçinin bütün dünyaya sübut olundu. Məsələnin bu tərəfi də var ki, bu həqiqətlə barışmaq istəməyən düşmən, dəfələrlə revanşist xülyalara düşsə də, hər dəfəsində bu planları boşa çıxdı. Ali Baş Komandanımız dəfələrlə Ermənistana revanşizmi pisləyən, doğru yola yönəlmələri üçün çağırışlar etsə də, Ermənistan tərəfi hər dəfəsində uzadılan bu əli görməzdən gəldi.
Təəssüf ki, Ermənistan revanş cəhdlərinin qarşısını almayıb. Onlar üçün İkinci Qarabağ müharibəsində məğlubiyyət çox ağrılı, demək olar, 30 ildir ordunun məğlubedilməzliyi, onun əsgər və komandirlərinin gücünü, cəsarətini təbliğ edən ideoloji əsas və təbliğatı üçün sarsıdıcı olub. 44 günlük müharibə zamanı onların ordusu tamamilə məhv edilib. Qarabağ müharibəsi bitib, indi Ermənistan içərisində Qarabağ başlayıb. Müharibələr, inqilablar eynidir – öz balalarını yeyir. Təkcə miqyas dəyişməyib, həm də savaşın etməni-azərbaycanlı müharibəsinə, yəni, ərazidən etnik-milli müharibəyə keçməməsi üçün sülh gündəliyindən imtina etməmək gərəkdir. Qarabağ müharibəsi sona çatıb, Ermənitan-Azərbaycan savaşını da başa vurmaq üçün son əməliyyatların insan və texnika itkilərindən, eləcə də sərhədyanı evlərdə atəş səslərini eşidərək İrəvana axışan minlərlə insanın – erməni xalqının “sentyabr sindromu”ndan qurtulması üçün əbədi düşmənçiliyə son qoymalıdılar. Çünki son yüksəkliklər Xankəndinə deyil, İrəvana gedən yolları görməyə imkan verir. Bu şəhər düşmən yuvası olmaqdan çıxıb. Mənəvi sahiblik həmişə siyasi nəticələr doğurur.
Rza Eyvazlı,
YAP-ın gənc fəalı

