Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib – FOTO
Türkiyənin vitse-prezidenti Fuad Oktay Azərbaycana gəlib.
ARANTV.AZ xəbər verir ki, bu barədə o, “Twitter“ hesabında paylaşım edib.
“Türkiyə və Azərbaycanın Birgə Hökumət İqtisadi Komissiyasının 10-cu Dövr Toplantısını keçirmək və hər sahədə əlaqələrimizi gücləndirmək üçün Azərbaycandayıq”, – Fuad Oktay sosial şəbəkə hesabında qeyd edib.

