Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı Zəfər günü ərəfəsində şəhid ailələrinə baş çəkməyi davam etdirir + Fotolar.

YAP Bərdə rayon təşkilatı Zəfər günü ərəfəsində “Zəfərimizin sarsılmazlığını sizin dəyanətinizə borcluyuq, əziz şəhid ailələri!” adlı aksiya ilə şəhid ailələrinə baş çəkməyi davam etdirir.
YAP Bərdə rayon təşkilatının başlatdığı “Zəfərimiz sarsılmazlığını sizin dəyanətinizə borcluyuq, əziz şəhid ailələri!” aksiyasında məqsəd Zəfər bayramını şəhid ailələrində olmaq, onlarla birlikdə keçirmək və onlara Zəfər bayramı ovqatı bəxş etməkdir.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla təşkilatın kollektivi həmin aksıya çərçivəsində Vətən müharibəsinin qəhrəman şəhidi, ön cəbhədə qəhrəmancasına döyuşərək canını Vətən uğrunda qurban vermiş İsmayılzadə Şövqi Raqub oğlunun ailəsində olmuşlar. Azərbaycan Ordusunun giziri olmuş İsmayılzadə Şövqi Raqub oğlu ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “İgidliyə görə”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya şəhid ailələri ilə görüş zamanı bildirmişdir ki, bütün bayramlarımızı, hər günümüzü, hər anımızı başda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev olmaqla rəşadətli Ordumuza, şəhidlərimizə, qazilərimizə və xalq iqtidar birliyi ilə qazanılmış Zəfərimizi möhkəmləndirən sizin, bütün şəhid ailələlərinin dəyanətinə borcluyuq! Zəfərin qazanılmasında haqqınızı ödəməkdə acizlik və ömür boyu borcluyuq! Xalqımız sizinlə ağlayır, sizinlə birlikdə sevinmək istəyir. Arzumuz budur ki, xalqımızın Zəfər bayramı sizin Zəfər sevincinizə bələnsin, əziz şəhid ailələri!
Görüş zamanı şəhid ailələrinin hər biri bu böyük Zəfərin xalqımizin haqqı olduğundan danışmış, bu bayram xalqımıza çox yaraşır,- deyə bildirmişlər. xalq iqtidar ordu birliyinin dəmir, polad birliyi ilə şəhidlərimizin qurban getdikləri amalı uca tutan, torpaqlarımızı işğaldan azad edib xalqımıza Zəfər sevinci yaşadan qalıb dövlətin qalıb rəhbəri cənab İlham Əliyevə, daim şəhid ailələrinə diqqət və qayğı göstərən ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Daha çox xəbərlər