Gündəm 

Tarixi Zəfərimiz ədalətin bərpasının rəmzidir

Qarabağ münaqişəsi Azərbaycanın 30 illik ağrılı, danışıqlar yolli ilə həlli uzadılan problemi olmuşdur. 44 günlük Vətən müharibəsi sayəsində Azərbaycanda bu münaqişəyə son qoyuldu. 1 milyon soydaşımızın torpaq həsrəti bitdi.

27 sentyabr 2020-ci il tarixi Azərbaycan xalqının heç zaman unutmayacağı, qürur və fəxarətlə yada salacağı xalqın yumruq kimi birləşdiyi gündür. II Qarabağ savaşının “Dəmir Yumruq” əməliyyatı adlandırılması bu mənada böyük məna daşımışdır. Həmin 44 gün ərzində millətindən, dinindən asılı olmayaraq bu torpaqda yaşayan hər bir Azərbaycan vətəndaşı Vətən qarşısında öz borcunu verməyə çalışdı. Arxa cəbhə bütün diqqətini fədakarlıqla döyüşən ön cəbhədəki hərbiçilərimizdən gələcək xoş xəbərə yönəltdi. Müzəffər Ordumuzun şücaəti, əzmi qarşısında aciz qalan ermənilər ətrafdan özlərinə havadarlar tapmadıqda “Dəmir Yumruq” qarşısında məğlubiyyətlərini etiraf etməli oldular.

10 noyabr 2020-ci il üçtərəfli müqavilənin imzalanması tarixi gün kimi Zəfərimizin, Şanlı Azərbaycan Ordusunun fədakarlığı, əzmi, vətənpərvərliyilə Ermənistan ordusunu diz çökdürdüyünün rəsmi görüntüsüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imza atdıqları müqaviləyə əsasən, Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Erməni ordusu Ağdam, Laçın və Kəlbəcərdən çıxarılmasına qərar verildi. 9 bənddər ibarət bu müqavilədə müharibəyə son vermək üçün tərəflər arasında şərtlər qoyuldu.

“Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” cənab Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Sərəncamda göstərilmişdir: “Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”.

Artıq bir çox dünya dövlətləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir, örkəmizin ərazi bütövlüyününə hörmətlə yanaşır. Üçtərəfli müqavilədən sonra Ermənistan tərəfi bəzi məsələlərdə danışıqlara, imzalanmış müqaviləyə əməl etməməyə çalışsa da, Azərbaycan öz siyasi mövqeyini davam etdirir. Döyüş meydanında mərdliklə savaşan Şanlı Azərbaycan Ordusunun Zəfəri diplomatik danışıqlarla davam etdirilir. Bu gün 30 il davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandanın düzgün siyasəti və Müzəffər Ordumuzun sayəsində son qoyulmuşdur.  Dünyanın hər yerində yaşayan azərbaycanlılar böyük fəxarətlə, məğrurluqla bu Zəfərimizin qürurunu yaşayır.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri

Daha çox xəbərlər