Region Xəbərləri 

200 ermənini yox edib, Şuşada şəhid olan əsgərimiz

Bərdə şəhər F. Muradov adına 7 nömrəli tam orta məktəbin kollektivi və şagirdləri 8 Noyabr – Zəfər Günü münasibətilə məktəbin məzunları olan 44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Bərdə şəhidləri Ceyhun Rzayevin və Nicat Baxşəliyevin ailəsini ziyarət etmiş, onların qayğıları ilə maraqlanmışlar.
Ceyhun İsmayıl oğlu Rzayev 1994-cü il sentyabrın 16-da Bərdə şəhərində anadan olub.
Əslən Laçın rayonundan idi. Ailədə 2 uşaq olublar, 1 bacı, 1 qardaş.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Ceyhun Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Rzayev noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Bərdə şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Ceyhun Rzayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən Ceyhun Rzayev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən Ceyhun Rzayev ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Daha çox xəbərlər