Biz haqlı mövqeyimizdən geri çəkilməyəcəyik!
Bir sıra beynəlxalq tədbirlərdə Azərbaycan prezidenti həm Azərbaycanın haqq işi ilə bağlı, həm də dövrün bəzi imperialist dövlətlərinin yaratdığı ədalətsizliklərlə bağlı qəti çıxışlar etmişdir. Bu baxımdan Ərəb Dövlətləri Liqasının 31-ci zirvə görüşü xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, ərəb dövlətləri arasındakı əməkdaşlıq və yaxınlaşma bizim üçün də faydalıdır. Bu dövlətlərlə münasibərtlərin normal olması balanslı siyasətimizi tamamlayır. Eyni zamanda bu dövlətlərin də bəziləri uzun müddət qərbin imperialist siyasətinin hədəfi olmuşdur. Həmin ölkələrin vətəndaşlarına qarşı soyqırım siyasəti həyata keçirilmişdir.
Noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak edib. Cənab Prezidenti İlham Əliyev Bu mötəbər Sammitdə iştirak etməsi ölkələr arasında birliyi və sıx əlaqələri nümayiş etdirir.
Sammitdə cıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bir çox məsəslələrə işarə etmişdir. Bunlardan biridə Fransanın Şimali Afrikada xüsusilə Əlcəzairdə törətdiyi zorakılıqlar və kütləvi qəddarlıqla günahsız insanlırın həyatına son qoymaqlarıdır. Fransanın bu kimi əməlləri bütün dünya təfindən pislənilməli və hesabı soruşulmalıdır. Cənab Prezidentində qeyd etdiyi kimi bu kimi kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. “Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.” Eyni zamanda Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bu məsələyədə toxunan Cənab Prezidenti İlham Əliyev Sammitdı bu fikirləri bölüşərək bildirib. “Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır. “İki il əvvəl Azərbaycan, qeyd etdiyi kimi, bu münaqişəyə son qoydu. Biz bunu öz gücümüzlə etdik. Biz BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimizi güc yolu ilə azad etdik. Biz Ermənistanı məğlub etdik. Ermənistan kapitulyasiya etməyə məcbur oldu. İndi isə bizim torpaqlarımız azaddır və biz torpaqlarımıza qayıtmışıq.”
Yekunda qəti şəkildə deyə bilərik ki, bu gün Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətə yaxşı əyandır və biz öz mövqeyimizdən bir addım belə geri çəkilməyəcəyik və ölkə başçımız haqlı mövqeyimizi istənilən tribunadan cəsarətlə səsləndirmək gücündədir.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

