Region Xəbərləri Təhsil 

Bu gün Bərdə şəhər Milli Qəhrəman EIgiz Kərimov adına 4nömrəli tam orta məktəbdə Zəfər Günü-nə həsr edilmiş böyük bir tədbir keçirildi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri məktəbin direktoru Tofiqə Məmmədova açaraq xalqımızın möhtəşəm qələbəsindən söz açdı.Tədbirdə tarix müəllimi Çinarə İsgəndərova çıxış edərək Zəfər Yolundan danışdı.Sonra şagirdlərin ifasında Zəfər Günü-nə həsr olunmuş kompozisiya nümayiş etdirildi. Zəfər Günü-nə həsr edilmiş Şahmat yarışında qalib gəlmiş şagirdlərə Tərifnamələr təqdim olundu.

Daha çox xəbərlər