Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin rəmzidir
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan üçrəngli milli bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət bayrağı kimi-1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (indiki Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yerləşdiyi binada) qəbul edilib və qaldırılıb.
Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəl- lərindəki milli istiqlal ideologiyasının üç təməl prinsipini təşkil edən ”Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Lakin çox təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və müstəqilliyimizin rəmzi olan üçrəngli milli bayrağımız endirildi. Üçrəngli bayrağımız bir də 70 il sonra yüksəklərə qaldırıldı.
70 ildən sonra ilk dəfə üçrəngli milli bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessi -yasında Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. Məhz bundan sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağ- ın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra üçrəngli bayrağımız 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı.
Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi xəttini uğurla davam etdirən cənab prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür.Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı sərancamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikası Dövlət Bayrağı Günü kimi təsis edildi.2010-cu ildən etibarən noyabrın 9-u Respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də Bakıda dünyanın ən uca bayraqlarından birinin dalğalandığı Dövlət Bayrağı Meydanının təntənəli açılışı Ali Baş Komandanın bir daha dövlət rəmzlərimizə sevgisinin bariz nümunəsidir.
Millətin qeyrəti və namusu, şərəfi və ləyaqəti bayraqda ifadə olunur. Bayraq eyni zamanda milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və rolunun göstəricisidir. Bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılır. Bu gün dövlət bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, respublikamızı başqa ölkələrdə təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə ucalır.
Müqəddəs bayrağımız bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə dalğalanır. Bu gün milli bayrağımız Qarabağın mirvarisi olan Şuşa şəhərində qürurla, vüqarla dalğalanır.
Bayraq bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, müasirliyi və dini inancımızı təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırla- dır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.
Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xal- qımızın milli birliyini nümayiş etdirir. Azəbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bayrağımız mübarizə əzmimiz, zəfər sörağımız, istiqlaliyyət salnaməmizdir”.
Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir,bunu özünün müqəddəs borcu kimi qəbul edir.Azərbaycan əsgəri də vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir.Ulu öndərimiz Heydər Əliyev söyləyirdi ki,“Biz dövlət rəmzlərimizi – himnimizi, bayrağımı- zı, gerbimizi özümüz qədər sevməliyik, çünki onlar bizim vətəni -mizə, millətimizə, dövlətimizə olan səadət, sevgi və məhəbbətin rəmzləridir”.
Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək. Bayrağımızın mövcudluğu müstəqilliyimizin mövcudluğu deməkdir !
Sevinc Orucova,
Heydər Əliyev adın liseyin direktoru

