“Zəfər yolu” adlı tədbir keçirildi.
8 Noyabr -Zəfər günü ilə əlaqədar olaraq məktəbin tarix müəllimi Allahverdiyeva Məfkurənin rəhbərliyi ilə 7 a sinif şagirdləri “Zəfər yolu” adlı tədbir təşkil etdilər.Tədbirdə məktəb rəhbərliyi müəllim və şagirdlər iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.
Daha sonra tədbir iştirakçıları Vətənin azadlığı uğrunda döyüşlərdə şəhid olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Vətənpərvərlik ruhunda şeirlər səsləndirildi, mahnılar ifa edildi.
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu aşılamaq, şəhidlərimizin əziz xatirəsini yaşatmaqdır.






