İsmayıllıda 7300 tondan çox tərəvəz məhsulları istehsal olunub
İsmayıllı rayonunda tərəvəz məhsullarının yığımı davam edir və artıq 7317 tondan çox məhsul istehsal olunub.
ARANTV.AZ xəbər verir ki, cari ildə İsmayıllıda 745,8 hektarda tərəvəz əkilib. Əkin ən çox rayonun suvarma suyu ilə təminatı daha yaxşı olan Kürdmaşı, Qalıncaq, Topçu, Diyallı, Qubaxəlilli kənd, İsmayıllı şəhər icra nümayəndəliklərində aparılıb. Bölgədə daha çox xiyar və pomidor əkilir ki, bu da ümumi tərəvəz əkininin 46 faizini təşkil edir. Hazırda yerlərdə kələm və yaşıl lobya yığımı davam edir. Digər məhsulların isə tədarükü başa çatıb.
Qeyd edək ki, cari ildə tərəvəz bitkilərində məhsuldarlıq ötən ildəki göstəricidən yüksəkdir. Bu il istehsalın 7500 tondan çox olunacağı gözlənilir.

