30 illik həsrətdən sonra Cıdır düzündə samovar çayı içdilər – VİDEO
Erməni işğalı səbəbindən doğma şəhərindən köçkün düşən ailə 30 ildən sonra doğma yurdlarına dönüblər.
ARANTV.AZ xəbər verir ki, bu barədə süjet “Xəzər” TV-nin efirində yayımlanan “Təsir dairəsi” proqramında təqdim edilib.
Qəmər Nəsirova deyib ki, 30 ildən sonra işğaldan azad olunmuş torpaqlara, Şuşaya qayıtmaq çox həyacanlıdır, çox sevinclidir.
O qeyd edib ki, doğma şəhərə elə işğal zamanı özləri ilə götürə bildikləri xalça, sandıq və samovarla birlikdə dönürlər.
Ailəyə Şuşa suyu ilə qaynayan samovar çayını Cıdır düzündə içmək də nəsib olub.
Ətraflı videomaterialda:

