Şəhidlərin qanından rəng alan müqəddəs BAYRAĞIM !
Səninlə qürur duymaq ,səni vəsf etmək gerçək bəxtiyarlıqdır. Uğrunda qanımızı tökməyə,canımızı qurban verməyə hər an hazırıq. Ay ulduzlu ,üç rəngli bayrağım ! Qəhrəman övladların 44 günlük müqəddəs savaşda səndən ilham alıb dövlətçilik tariximizə şanlı səhifələr yazdılar.Səni başları üzərinə qaldırıb ağır döyüşlərdən keçdilər.Otuz il işğal altında qalan torpaqlarımızı,cənnət misal Qarabağımızı azad etdilər.Sən indi başı dumanlı dağlarımızın uca zirvələrində dalğalanırsan.Sənə ucalıq yaraşır. Səni göylərə qaldıran oğulların həyatları bahasına olsa da, səni enməyə qoymazlar. Sən gözümüzün nuru,qəlbimizin qüruru,azadlığımızın, müstəqilliyimizin dəyişməz simvolusan.Biz dünyanın hansı nöqtəsində olsaq da,qibləmiz sənsən,ürəyimiz hər zaman səninlə döyünür!

