Psixoloqların “21 gün” möcüzəsini sən də sına
İnsan yaradılışın ən alisi, ən üstünüdür.
Bes, görəsən, onun özü bunun fərqindədir?
Çox zaman insanın aldığı travmalar, yaşadığı hadisələr onu heyatdan qoparır, özgüvən hissini öldürür. İnsan özünün nələrə qadir olduğunu unudur, əlini həyatdan üzür. Sonda isə xoşagəlməz hadisələr yaşanır.
Bu səbəbdən psixoloqlar çıxış yolunu cəmiyyətimizi maarifləndirməkdə, ətrafdakı insanlarla dərdi bölüşməkdə, hadisələrə normal yanaşmaqda görür. Mütəxəssislərin təklif etdiyi daha bir metod da var.
“21 gün” möcüzəsi
Psixoloqlar kağız-qələm götürüb, özünü görmək istədiyin kimi yazmağı və bunu 21 gün ərzində hər gün etməyi məsləhət görürlər.
Çünki bir şeyi 21 gün etdikdə, artıq insanda alışqanlıq halını alır, 90 gün davam etdirdikdə isə, həyat tərzinə çevrilir.
Yaşadıqlarında ilişib qalma, həyatını başqaları ilə műqayisə etmə. Sən bilmirsən o başqası həmin yərə gəlmək üçün nələrdən keçib. Çox düşünməkdən əl çək. Bil ki, zaman hər dərdin dərmanıdır.
Özünün fərqinə var, özünə o şəraiti özün yarat. Sən istəsən, hər şeyi bacararsan. Çünki məhz SƏN həyatının mənbəyisən. Həyatı gözəlləşdirən SƏNsən. Səhərə aydınlıq verən, günəş kimi işıq saçan sənsən. Sən çox gözəlsən, özəlsən. Təki gülümsəməyi unutma. “Edə bilmiyəcəyəm” demə, sən bacaracaqsan!
Bunun üçün özününü görmək istədiyin kimi yaz…
Tədricən baxışlarının necə dəyişdíyíní görəcəksən, nəticədə həyatının da dəyişdiyinin fərqinə varacaqsan. Çünki həyata necə yanaşırıqsa, yaşamımız da elə olur.
Nəyisə dəyişmək istəyirsənsə, özündən başla. ertələmə. elə bu gündən başla!
Arzularıni yaz və sanki onları artıq yasayırmışsan kimi hiss et!
Xəyallarının gerçəkləşməsi diləyi ilə…
Psixoloq Mehin Qasımova

