Gündəm 

Türk dövlətləri həmrəyliyi gücləndircək

Ölkə rəhbərləri arasında onilliklər ərzində qurulmuş qarşılıqlı etimad və dostluq Azərbaycan və Özbək xalqları arasındakı səmimi münasibətlərin rəmzidir. Noyabrın 11-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. Görüşdə Qurbanqulu Berdiməhəmmədov Vətən müharibəsində Qələbənin ikinci ildönümü münasibətilə özünün və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun təbriklərini Prezident İlham Əliyevə çatdırmışdır. Prezident İlham Əliyev öz növbəsində Qurbanqulu Berdiməhəmmədovu Türk Dünyasının Ali Ordeni ilə təltif olunması münasibətilə təbrik etmişdir. Dövlətimizin başçısı qeyd etdi ki, Türkmənistan və Azərbaycan bütün sahələrdə qardaşlıq, dostluq münasibətləri nümunəsi göstərir və bugünkü görüş də əlaqələrimizin inkişafına yaxşı təkan verəcək. Görüşdə energetika, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri müzakirə olundu. İclasdan sonra dövlət başçıları sammitin əsas qərarlarını və Özbəkistanın təklif etdiyi təşəbbüsləri əks etdirəcək əsas yekun sənədi – Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Səmərqənd Bəyannaməsini qəbul ediblər. Səmərqənd sammitindən sonra TDŞ-də sədr statusu Türkiyədən Özbəkistana keçəcək.

İki qardaş ölkə arasında münasibətdən danışarkən, Özbəkistanın Azərbaycana qarşı səmimi dostluq və qardaşlıq jestini qeyd etmək istərdim. Özbəkistan hökuməti işğaldan azad edilmiş Füzuli rayonunda hədiyyə olaraq orta məktəb inşa etdirir. Tikinti işləri artıq gedir və məktəbin növbəti tədris ilində istifadəyə verilməsi planlaşdırılır. Bu jesti qədirbilən Azərbaycan xalqı və dövləti heç zaman unutmayacaq. Səfər bir daha sübut etdi ki, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır. 21 iyun tarixli səfər, aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub.

Azərbaycan qonşu dövlətlərlə münasibətlərini də balanslaşdırılmış və qarşılıqlı maraqlardan çıxış edən münasibətlər müstəvisində qurmağı uğurla reallaşdıra bilmişdir. Bunun nəticəsi olaraq müxtəlif siyasi oriyentasiyalara mənsub olan qonşu dövlətlərlə əlaqələr ən yüksək səviyyəyə çatdırılmışdır. Bu əlaqələr regionda müəyyən geosiyasi maraqların uzlaşdırılması və ölkənin milli maraqlarının hər şeydən üstün tutulması sayəsində mümkün olmuşdur. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik.

Aynurə Mahmudova,
Bakı şəhəri, 55 saylı tam orta məktəbin Biologiya müəllimi,
YAP Xətai rayon təşkilatının “İ.Orucova 21A” ünvanı üzrə ərazi partiya təşkilat sədri

Daha çox xəbərlər