Qızılı rəngə bürünmüş Göygöl – FOTOREPORTAJ
Göygöl Milli Parkı ilin hər fəslində olduğu kimi, payızda da ecazkar gözəlliyə bürünür. Bu fəsil bizə təbiətin min bir rəngini təqdim edir. İndi Göygöldə sarı və yaşılın hər tonunu görmək mümkündür. Bəziləri saralmış, bəziləri isə hələ də yaşıl olan ağaclar rəng çaşqınlığıdır.
Gözəlliyi və füsunkarlığı ilə diqqət çəkən Göygöl Milli Parkının mənzərəli təbiəti yayda olduğu kimi, payız fəslində də insanın ruhunu, qəlbini oxşayır.
AZƏRTAC-ın bölgə müxbiri Göygölün payız mənzərəsini əks etdirən şəkilləri təqdim edir.


