Bərdədə məktəb binasında yanğın olub
Bərdə rayonunun Əyricə kəndində ümumi sahəsi 532 m² olan (hər mərtəbəsi 266 m²) ikimərtəbəli kənd tam orta məktəb binasının dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

