Bakı-Ələt yolunda meyvə ilə dolu yük avtomobili aşdı – VİDEO
Bakı-Ələt yolunda meyvə daşıyan yük avtomobili aşıb.
Hadisə bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində qeydə alınıb.
Yük avtomobili idarəetmədən çıxaraq aşıb və magistralda digər avtomobillərin hərəkətini çətinləşdirib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

