Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına səfər edib. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin əsas məqsədi dövlətlərimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə fayda verməkdədir. Ölkələrimizin arasında siyasi əlaqələr yüksələn xətlə inkişaf etməkdədir.
Azərbaycanla Albaniya arasındakı əlaqələrin 30 illik tarixi var. Bu dostluq əlaqələri 1993-cü ilin sentyabrın 23-də qurulub. Gələn il bu dostluğun 30 illik il dönümü qeyd olunacaq. Albaniya höküməti bu diplomatik əlaqələri yüksək məmnunluqla qeyd etdi.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və etibarlı tərəfdaş imicini gücləndirməkdədir. Azərbaycan həmçinin Avropanın enerji təhlükəsizliyini təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan cənab Prezidentin tarixi səfərləri mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqının milli marağına uyğun müstəqil siyasət yürütməklə, eyni zamanda ölkəmizin inkişafı və tərəqqisi naminə çox mühüm addımlar atılır. Azərbaycan Albaniya ilə iqtisadi əlaqələrin genişlənməsinə ticarət dövriyyəsinin artırılmasına hər zaman önəm verib. Azərbaycan həm də Albaniya geostrateji mövqeyinə görə qərbdə maraqla qarşılanan ölkələr hesab edilir. Albaniya höküməti bu səfəri çox yüksək səviyyədə qiymətləndirdi. Bu günə kimi dövlətlərimiz arasında 8 vacib sənəd imzalandı və qeyd olundu. Dövlətlərarası münasibətlərin daha yüksələn xətt üzrə inkişafına tərafdar olduqlarını vurğuladılar. Dövlət başçımız qeyd etdi ki, enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənubi Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır, hər iki ölkə uğurla əməkdaşlıq edir. Albaniyanın bu layihədə iştirakı ölkəyə böyük töhvələr verir.
Albaniya höküməti Azərbaycan torpaqlarının ərazi bütövlüyünü tanıyan, Qarabağ zəfərini tanıyan onu dəstəkləyən dost dövlətdir.
Respublika Prezidentinin Albaniya səfəri iki dost dövlət arasında həm iqtisadi, həm də siyasi əlaqələrin inkişafında yeni səhifələr açacaq. Azərbaycan artıq regionda yetəri qədər inkişaf etmiş söz sahibi olan bir dövlətdir. Albaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi həmişə respublikamızı dəstəkləyib. Bu səfər diplomatik əlaqələrimizi daha da dərinləşdirir.
Bərdə şəhər 8 nömrəli tam orta məktəbin tarix müəllimi Cəmilə Nəcəfova

