Bərdədə idmançılar akrobatika gimnastikası üzrə rayon birinciliyində qüvvələrini sınayıblar
Bərdə Rayon Gənclər və İdman İdarəsinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq akrobatika gimnastikası üzrə 2010-2017-ci il təvəllüdlü idmançılar arasında rayon birinciliyi keçirilib.
ARANTV.AZ xəbər verir ki, “Qarabağ Sport” idman klubunun zalında təşkil olunan yarışda uğur qazanan 18 idmançı Bərdə Rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif edilib.







