Qarakənd faciəsindən 31 il ötür
Bu gün məktəbimizdə 20 noyabr Qarakənd faciəsinin il dönümü qeyd olunub. 20 noyabr 1991-ci ildə göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 31 il ötür. Bu münasibətlə keçirilən tədbirdə şəhid olanların xatirəsi anılıb , faciə haqqında məlumat verilmişdir.
Faciədə şəhid olanlardan biridə Azərbaycanın Milli Qəhrəmanı jurnalist, yazıçı-publisist Alı Mustafayevdir. Şagirdlər Şəhid Alı Mustafayevi şerləri ilə yad etdilər.
Qeyd etməliyik ki ,”Mİ-8″ hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub. Vertolyotun vurulması nəticəsində Azərbaycanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatlar, jurnalistlər və ekipaj üzvləri – ümumilikdə 22 nəfər həlak olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.






