Gündəm 

Azərbaycan çay şirkəti bağlanır

“Avrora-Çay” ASC ləğv edilir. Bununla bağlı dekabrın 27-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bu barədə “İki sahil”ə şirkətin idarə heyətindən bildirilib. Məlumata görə, yığıncaqda Səhmdar cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyası (təsviyyəçinin seçilməsi) yaradılması və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, şirkət 1998-ci ildə yaradılıb, onun nizamnamə kapitalı 137 min 70 manat, qanuni təmsilçisi isə Gülqayit Haciəli Qızı Quliyevadır.

Daha çox xəbərlər