Gündəm 

Azərbaycanda mobil telefonlar – BAHALAŞDI – QİYMƏTLƏR

Azərbaycanda oktyabr ayında mobil telefonların qiyməti bahalaşıb.

ARANTV.AZ Banker.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir. Bütün qiymətlər orta ölçüdə götürülür.

Məlumata görə, oktyabr ayında 1 ədəd mobil telefonun orta qiyməti 375.49 manatdan 379.43 manata qalxıb. Beləliklə, aylıq 3.94 manat və ya 1.1% bahalaşma olub.

Ötən ilin eyni dövründə mobil telefonlarının qiyməti 287.96 manat olub. İllik müqayisədə qiymət artımı 32%-dir.

Oktyabrda mobil telefonun təmir xidmətinin orta aylıq qiyməti 93.58 manat təşkil edib ki, bu da 0.3% bahalaşma deməkdir.

Daha çox xəbərlər