Cəmiyyət 

Azərbaycanın “mehriban qonşusu” – İran

İran dövlətinin müxtəlif yollarla Azərbaycana qarşı illərdən bəri apardığı düşmənçilik siyasəti  hər kəsə məlumdur. 44 günlük Vətən müharibəsindən sonra İran dövlətinin  Azərbaycan qarşı aqressiv siyasəti geniş vüsət almağa başlayıb. Məliumdur ki, bu dövlət hər zaman Qarabağ məsələsində Ermənistanı dəstəkləyərək  bütün vasitələrlə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə mane olub. 30 il ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməyinə səssiz qalmaqla yanaşı onların bu işğalçılıq siyasətini daima dəstəkləmişdir. Özünü müsəlman dövləti kimi qələmə verən İran Orta Şərqdə separatçılığı və terror dəstəkləyən ən əsas dövlətlərdən biridir. Vətən müharibəsi zamanı İran Ermənistana müxtəlif formada  dəstək göstərmiş, Azərbaycanın hərbi əməliyyatlarına mane olmaq məqsədilə sərhəddə müxtəlif təxribatlar da törətmişdir. İrandakı hakimiyyət Azərbaycan Xalq Cümhuriyyəti dönəmində olduğu kimi müstəqilliyini bərpa edəndən sonra da Azərbaycana qarşı ikiüzlü siyasət yürüdüb. Əslində üzdə “İslam, müsəlman” qardaşlığından dəm vuran İran rəhbərliyi elə müsəlman və “dost, qardaş” adlandırdığı dövlətin kürəyinə ilk xəncəri vurandır.

Riyakarlıq və yalançılıq xətti təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur. Son günlər baş verən proseslər Azərbaycan cəmiyyətində İran haqqında mənfi rəyin formalaşmasını bir daha sübut etdi. İranı etibarsız qonşu olmaqla yanaşı həmdə İslam dəyərlərinə xəyanət edən bir dövlətdir. İran son günlərdə daxili vəziyyətə nəzarət etmək üçün az qala küçə və meydanlara ən ağır hərbi texnikalarını çıxarır. İranda ictimai-siyasi fəallar cəmiyyətin dəyişməsini istəyirlər. Müşahidələr onu deməyə əsas verir ki, ölkədə hər gün çoxlu sayda etirazçı saxlanılır. Bütün bu olanlardan görünür ki,  öz ölkəsinin daxili problemlərini həll etməyə qadir olmayanlar Azərbaycanı qorxutmaq istəyir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan bununla da bağlı öz fikrini bildirmişdir. Ölkə başçısının açıqlamasından belə nəticə çıxarmaq olar – öz ölkəsinin daxili problemlərini həll etməyə qadir olmayanlar Azərbaycanı hədələyir, regionda söz sahibi olmaq istəyirlər. İranda baş verənlər göstərir ki, etirazlar yatırılsa da, yatırılmasa da ölkədə vəziyyət əvvəlki kimi olmayacaq. Cəmiyyətlə hakimiyyət arasında dərinləşən uçurum İranda hakimiyyət böhranına səbəb ola bilər.

Əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə İran məscidlərdə donuz saxlayanları dəstəkləyir. İran tutduğu mövqe ilə açıq şəkildə Azərbaycana qarşı qərəzli davranaraq təxribatlarını  davam etdirməkdədir. Məqsədyönlü və açıq təxribatları davam edən İran eyni zamanda özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışır. Amma real əməldə bunun əksini müşahidə etmək elə də çətin deyil. Azərbaycan imzası qədər verdiyi sözündə  və beynəlxalq aləmdə imzasının olması isə möhtəbərliyini sübut edir. Özünü “islam dövləti” kimi təqdim edən İran öz potensialını və ikitərəfli münasibətlərin mahiyyətini adekvat dəyərləndirməlidir. Bu gün İran rəsmiləri Azərbaycana acıq verirmişlər kimi, Ermənistana tez-tez səfərlər edir, qıcıqlandırıcı bəyanatlar verirlər. Hətta Azərbaycanın maraqlarına qarşı müxtəlif layihələrdən bəhs edilir. İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi səmərəsiz əzələ nümayişidir. Lakin unutmamalıdır ki, Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.

Məmləkət Qaraçobanova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Daha çox xəbərlər