Cəmiyyət 

Azərbaycanda banan 3 manat oldu- Rekord qiymət

Azərbaycanda bananın qiyməti artıb.
ARANTV.AZ xəbər verir ki, 2021-ci ilin sonunda 2-2.10 manata qədər bahalaşan bananın qiyməti bu ilin yanvar ayında 2.70 manata qalxmışdı. Bugündən isə bir çox meyvə-tərəvəz satışı mərkəzində bananın kilosu 3 manata satılır.
Satıcılar artımı topdansatış mərkəzlərinin qiyməti qaldırması ilə izah edirlər.
“”Meyvəli”də qiyməti qaldırıblar. Biz baha alırıq. 3 manata satanda bizə kilosunda 20 qəpik qazanc olur”, – deyə satıcılardan biri bildirib.
Beləliklə banan son 2 ildə 50% bahalaşan qida məhsuludur.

Daha çox xəbərlər