Hadisə 

İki yaşlı uşaq yuyucu vasitə içib zəhərləndi

Qax rayonunda iki yaşlı körpə zəhərlənib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Qaşqaçay kəndində baş verib.

2020-ci il təvəllüdlü Ş.Babayev yuyucu vasitə olan “Vanish” içib və zəhərlənib. Körpə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a bildirib ki, faktla bağlı Qax Rayon Polis Şöbəsində toplanmış ilkin materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib.

Daha çox xəbərlər