Emin Əmrullayev: “Nazirliyin strukturunun formalaşması bu ilin sonuna yekunlaşacaq” – CANLI YAYIM
“Elm və Təhsil Nazirliyinin strukturunun formalaşması yekunlaşmaq üzrədir”.
ARANTV.AZ-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, nazirliyin nəzdində üç dövlət agentliyi qurulur:
“Müvafiq sənədlər hazırlanıb və müvafiq qurumlarla razılaşdırma mərhələsi bitib”.
Nazir qeyd edib ki, proses bu ilin sonuna yekunlaşacaq.

