Gündəm 

Nağdsız ödənişlərin dövriyyəsi 2,3 dəfə artıb

Ölkədaxili nağdsız ödənişlərin dövriyyəsi ötən illə müqayisədə iki dəfədən çox artıb.

ARANTV.AZ  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki,  cari ilin  yanvar-sentyabr aylarında ölkədaxili nağdsız ödənişlərin həcmi  16 milyard 385 milyon 30 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

2021-ci ilin doqquz ayında ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 220 milyon 70 min manat olmuşdur.

Daha çox xəbərlər