Bərdə şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbdə Kəlbəcərin işğaldan azad olunmasının 2-ci il dönümü qeyd edilmişdir.
Məktəbin direktoru və direktor müavini şagirdlərlə görüş zamanı Kəlbəcər rayonunun işğaldan azad olunmasının həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəmiz nəticəsində mümkün olduğundan, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etməsindən söz etmişlər.




