Region Xəbərləri Təhsil 

Kəlbəcərin azad olunmasından 2 il ötür

25 noyabr tarixində məktəbimizdə Kəlbəcər rayonun işğaldan azad olunmasının 2 illiyi münasibətilə məktəbin tarix müəllimi Baxşaliyeva Aynur çıxış etmişdir. Tarixin mühüm faktlarını qeyd etmək şagirdlərdə vətənə bağlılığın artmasına , onların milli ruhda və daha vətənpərvər olmasına kömək edir.
Qeyd etməliyik ki, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olmuşdur.

Daha çox xəbərlər