Region Xəbərləri 

“Hər damcı bir həyatdır” mövzusunda maarifləndirici tədbir keçirildi

26 Noyabr tarixində məktəb rəhbərliyinin iştirakı ilə “Hər damcı bir həyatdır ” adlı ekoloji mövzuda maarifləndirici tədbir keçirildi. Tədbir zamanı məktəbin biologiya müəllimi Həsənova Şahirə suyun insan həyatındakı rolunun vacibliyindən , müasir dövrdə şirin su ehtiyatlarının azalmasından , suya qənaətin vacibliyindən danşdı. Şagirdlər qlobal ekoloji problemlərdən biri olan suyun çirklənməsi , bu çirklənmənin səbəbləri və aradan qaldırmaq yolları həmçinin ekoloji böhranı təsvir edən el işlərini təqdimatlar etdilər.
Daha sonra dünyanin müxtəlif yerlərindəki çirklənmiş su mənbələri, insan faktorunun okean ve dənizlərə verdiyi zərərlər haqqında maarifləndirici video çarx izlənildi.
Tədbir mövzu ətrafında diskusiyya şəkilində davam etdi.

Daha çox xəbərlər