Gələn ilin mayında Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək

Gələn ilin may ayında Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək.

Bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında qeyd olunub.

Təqdimat mərasiminin keçirilməsi üçün Azərbaycan Heydər Əliyev Mükafatı Komissiyası və Prezident Administrasiyası icraçı qurum kimi müəyyən edilib.