Gündəm 

Nazir 10 ay ərzində ayrılan güzəştli kreditin həcmini açıqladı – FOTO

“Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-oktyabr aylarında 2 195 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit ayrılıb”.

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib.

Nazir bildirib ki, güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kredit məbləği üzrə isə 98,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilib.

 

Daha çox xəbərlər