Səhər işə gedərkən həyat yoldaşını öpən kişilər çox yaşayır
Son zamanlar aparılan araşdırmalar nəticəsində məlum olub ki, səhərlər işə gedərkən həyat yoldaşlarını öpən kişilər daha çox yaşayır, daha az qəza keçirir və 20-35% daha çox qazanırlar.
ARANTV.AZ xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ilk növbədə, öpüşmək insanın əhvalına müsbət təsir göstərir. Səhər-səhər cəmisi 20 saniyə öpüşmək gün ərzində insanın xoş əhvalı üçün kifayət edir. Həmçinin həyat yoldaşlarını tez-tez öpən kişilər daha uzunömürlü olurlar.
Statistik göstəricilərə görə, hər gün öpüşməyə vaxt ayıran insanlar öpüşməyənlərə nisbətən 5-7 il çox yaşayırlar. Mütəxəssislər qeyd ediblər ki, öpüşmək stress hormonu olan kortizolu azaldaraq ruh halını tarazlamağa kömək edən serotonini , xüsusilə sevgi hormonu olan oksitosini artırır. Nəticədə isə öpüşməyin meditasiyaya bənzər faydaları olması təsbit edilib. Oksitosin isə sakitləşməyi təmin edir.

