Cəmiyyət 

İlham ilə Ərdoğan

İki  əziz qardaşdır

İlham ilə Ərdoğan.

Ürəyi bir sirdaşdır,

İlham ilə Ərdoğan.

 

İş düşəndə çətinə

Verir çiyin-çiyinə

Dayaqdı bir-birinə

İlham ilə Ərdoğan.

 

Qarabağ oldu azad

Başlandı yeni həyat

Dildə gəzdi iki ad:

İlham ilə Ərdoğan.

 

Şuşa bəyannaməsi

Qardaşlığın nəğməsi

Bu nəğmənin bəstəsi

İlham ilə Ərdoğan

 

Dəmir yumruq,sərt mesaj

Dünyanı etdi çaş-baş,

Düşmənə verdi təlaş

İlham ilə Ərdoğan.

 

Hökmlüdür, qətidir.

Mərdlərin ən mərdidir

Türk ellərin fəxridir.

İlham ilə Ərdoğan

 

Böyük, şanlı rəhbərdir,

Yenilməyən bir ərdir,

Canlı bir əfsanədir,

İlham ilə Ərdoğan.

 

Heyran qalıbdı dünya

Bu birliyə,dostluğa,

Sadiqdir ilk andına

İlham ilə Ərdoğan.

 

Dini bir, imanı bir

Dili bir,qanı birdir

Məsləki, amalı bir

İlham ilə Ərdoğan.

 

Atatürk,Ulu Öndər

Olmuş sevimli rəhbər

Onları örnək bilər.

İlham ilə Ərdoğan.

 

Sərkərdətək qadirdir,

Siyasətdə mahirdir.

Prezident tək nadirdir,

İlham ilə Ərdoğan.

Bir millət ,iki dövlət

Nə gözəldir bu ülfət

Bu ülfətə sədaqət-

İlham ilə Ərdoğan.

 

Qədimdir türk dövləti

Tarixdə var şöhrəti

Yaşadır bu şövkəti

İlham ilə Ərdoğan.

 

Dünya bir daha bildi:

Güclüdür türk milləti

Göstərdi həqiqəti

İlham ilə Ərdoğan

 

Vətəni ucaltınız

Möcüzə yaratdınız!

Siz qoşa qanadsınız

İlham ilə Ərdoğan!

 

Sizi görəndə qoşa

Ürəyim gəlir cuşa

Nə gözəl bir tamaşa :

İlham ilə Ərdoğan

 

Sizin gülər üzünüz

Sanki Günəşli gündüz

İşıqların qəlbimiz

İlham ilə Ərdoğan

 

 

Birləşən əlləriniz-

Birləşən taleyimiz!

Könüllər fatehisiz

İlham ilə Ərdoğan !

 

 

Xeyirxah insansınız

Əsil müsəlmansınız

Milli Qəhrəmansınız

İlham ilə Ərdoğan

 

 

Azərbaycan Türkiyə

Çatıbdır tərəqqiyə

Qoşa gedir zirvəyə

İlham ilə Ərdoğan

 

Türkiyə Azərbaycan

Bir-birinə deyir can.

Nə gözəldir bu dövran

İlham ilə Ərdoğan !

 

Xalqın məhəbbətisiz

Tarixin zinətisiz

Tanrının nemətisiz

İlham ilə Ərdoğan!

 

İlhama ilham verən

Ərdoğanı ər doğan

Bu xalqlara min əhsən!

İlham ilə Ərdoğan

 

Mən qoca müəlliməm

Sizə əhsən deyirəm!

Əla qiymət verirəm

İşinizə buradan-

Qarabağ torpağından

İlham ilə Ərdoğan !

 

Ananızın  saf südü

Atanızın  zəhməti

Müəllimin öyüdü

Millətin əhliyyəti

Halal olsun sizlərə

Şərəf verdiz bizlərə

İlham ilə Ərdoğan

 

Qəlbimdə var bir arzu:

Allah qorusun  Sizi !

Yeni zəfərlərinizi

Eşidək hər bir zaman

İlham ilə Ərdoğan !

 

 

Əli Şirinov

Bərdə rayonu

müəllim, filoloq-publisist.

 

 

Daha çox xəbərlər