Cəmiyyət 

Zakir Qaralovun əmisi qızı işdən çıxarılıb – YENİLƏNİB

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.

APA xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova bu gün vəzifəsindən çıxarılıb.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, Mehriban Qaralova sabiq Baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.

22:19

Abşeron rayon Mərkəzi Xəstəxanasını direktoru vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, xəstəxananın direktoru Mehriban Qaralova öz ərizəsi ilə işdən ayrılıb.

Sabiq direktor faktı təsdiqləyib.

O, bildirib ki, tutduğu vəzifədən azad edilib və başqa vəzifəyə təyinat alıb.

Daha çox xəbərlər