Azadlığın mübarək , can Laçın !
2020 ci il sentyabrın 27 də şanlı Azərbaycan ordusu torpaqlarımızın azadlığı uğrunda əks – hücum əməliyyatına başlayanda hər bir Azərbaycanlı kimi mənim də qəlbim intiqam hissi ilə alovlandı. Bir kecmiş döyüşçü kimi döyüşlər başlayan ilk gündən cəbhədə gedən prosesləri diqqətlə izləyirdim. Döyüşlərə çağırılacağım günü səbirsizliklə gözləyirdim . Azad olunan torpaqlara görə həm qürur hissi keçirir , həm də bu qəhrəman ordu ilə otuz ildir həsrət qaldığım torpağıma gedə bilmədiyim üçün təəssüf hissi keçirirdim . Cəbhənin bu üzündə biraz yaşlanmış bir döyüşçü , torpağı , evi əsir olmuş , arzuları yarım qalmış bir məcburi köçkün , o biri üzündə isə oz əsl sahiblərini gözləyən vətən torpağı vardı.
Mən 44 günluk azadlıq müharibəmizi həm də bir ziyalı kimi izləməkdə idim. Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun uğurlu döyüş əməliyyatları məni həm qürurlandırır , həm də heyrətə salırdı . Prosesləri izlədikcə birinci Qarabağ müharibəsində şahidi olduğum səriştəsiz hərbi rəhbərliklə bu günkü reallıqları müqaisə edərək 30 ildə dövlətimizin nail olduğu hərbi – siyasi yüksəlişə görə xoşbəxt hisslər keçirirdim.
Doğma yurdumuzun həsrəti ilə, keçən bu 30 il bizim üçün bir əsr qədər uzun görünür. Amma yeni yaranmış bir dövlət üçün 30 il o qədər də böyuk tarix deyil . 44 günluk İkinci Qarabağ müharibəsi zamanı dövlətimizin bütün sahələrdə , xüsusilə də ordu quruculuğu sahəsində nə qədər inkişaf etdiyinin şahidi olduq.
Artıq bizim qisas hissi ilə alışıb – yanan peşəkar bir ordumuz , ən müasir silahlarla təchiz olunmuş arsenalımız və bu misilsiz orduya rəhbərlik edən qətiyyətli bir sərkərdəmiz , yüksək idarəetmə xüsusiyyətlərinə , diplomatiya bacarığına malik liderimiz vardı. Məhz onun apardığı çoxşaxəli siyasətin nəticəsi idi ki , Azərbaycanda heç vaxt olmadığı qədər xalq – ordu birliyi formalaşmışdı . Bu 44 gündə Azərbaycan bütün dünyaya ağıl və gücün vəhdətini nümayiş etdirdi. Ali Baş Komandanımızın hərbi – siyasi üstünlüyü həm hərb meydanında , həm də diplomatiya meydanında öz sözünü dedi . 30 ilin həsrətinə 44 gündə son qoyuldu . Qəhrəman əsgərlərimizin qanı , canı bahasına azad olunan torpaqlarımızla yanaşı , dövlət başçımızın uğurlu siyasəti nəticəsində Ağdam , Laçın və Kəlbəcər rayonları da bir şəhid belə vermədən düşməndən azad olundu. Çox xoşbəxtik ki , artıq torpaqlarımızın azad olunma tarixlərini sevinclə , fəxarətlə qeyd edirik . Bu gun isə sənin günündür can Laçın . Artıq iki ildir ki , qulaqların doğma səslər eşidir , sinənə tanış ayaq izləri düşür , bulaqlarının suyu sənin həsrətinlə yanan ürəkləri sərinlədir . Bayramın mübarək ! Azadlığın mübarək !
Həsrət Hümmətov
YAP Bərdə rayon təbliğat qurupunun üzvü
Bərdə Rayon Dilqəm Əliyev adına Şahvəlilər kənd tam orta məktəbin direktoru .

